top of page
Azərbaycanın ən böyük spirt istehsalı müəssiəsi
İstehsal etdiyimiz spirt beynəlxalq standartlara cavab verir
Vodka məhsullarının hazırlanması zamanı istifadə edilən etil spirti də müəssisəmizdə istehsal edilir. Məhz burada ən müasir texnologiyaya cavab verən, avtomatlaşdırılmış və bütün proseslərin kompüterlə idarə edildiyi modern qurğularda etil spirti istehsal edilir. İstehsal gücü sutkada 30000 litr olan müasir spirt istehsalı zavodumuz Azərbaycanın bir çox vodka istehsalçılarını yüksək keyfiyyətli spirt ilə təmin edir. İstehsal prosesi zamanı ən yüksək təmizliyə malik "Lüks" və "Alfa" etil spirti istehsal edilir ki, bu da yüksək keyfiyyətli vodka məhsullarının istehsal edilməsinə şərait yaradır.
"Xan" markalı araqlarda istifadə edilən spirt müəssisəmizdə istehsal edilir. Spirt istehsalı zamanı biz, geni dəyişdirilmiş buğda sortlarından istifadə etmirik. Məhsulumuzun keyfiyyətini qorumaq üçün yüksək keyfiyyətli 4-cü sinif buğdadan istifadə edirik.
"Xan" markalı araqların spirtinin tərkibində aldehidlər yoxdur. Aldehidlər istehlakçılarda alkoqoldan asılılıq yaratdığı üçün bu üzvü maddənin miqdarını 0 həddində saxlanılır. Şirkətin istehsal etdiyi spirtin tərkibində sivuş yağları normadan 2 dəfə azdır. Bu maddə arağın dadında acılıq yaratdığı üçün bu yağların miqdarı aşağı həddə saxlanılır.
Tullantısız texnologiyanın tətbiqi
Sutka ərzində 15 ton quru yem istehsal olunnur
Bizim müəssisədə istehsal prosesinin fərqli cəhətlərindən biri də onun tullantısız texnologiya ilə işləməsidir. Spirt istehsalı yüksək keyfiyyət dərəcəsinə malik olan buğdadan hazırlandığı üçün istehsal prosesində formalaşan bardadan Fransa texnologiyası və avadanlıqları ilə quşçuluq və heyvandarlıq üçün quru yem məhsulu istehsal edilir. Qeyd etmək lazımdır ki, bu texnologiya ilə müəssisə sutka ərzində 15 ton quru yem istehsal edir. Bununla yanaşı spirt istehsalında qıcqırma prosesi nəticəsində 99.99% təmizliyə malik maye şəklində karbon qazı istehsal edilir. Təbii karbon qazı sayılan bu qaz ölkəmizdə qazlaşdırılmış içki istehsal edən müəssisələrin karbon qazı ehtiyacını ödəyir. Müəssisəmizdə istehsal edilən karbon qazının miqdarı sutka ərzində 10 ton təşkil edir. Buğdadan alınan maye karbon Hollandiya texnologiyası vasitəsilə istehsal edilir.
bottom of page