top of page

İri mağaza şəbəkələrinin rəhbər heyəti Göygöl Şərab Zavodunda ekskursiyada olub

Göygöl Şərab Zavodu ilə uzun illər ərzində tərəfdaşlıq edən Grandmart və Bolmart mağaza şəbəkələrinin rəhbər heyəti 3 iyulda Göygöl Şərab Zavodunu ziyarət etmişdir.


Ekskursiya zamanı qonaqlar üzümün qəbulu, şərabın, konyak spirtinin yetişdirilməsi, eləcə də araqların hazırlanması, istehsal prosesinin xammalın qəbulundan başlayan və hazır məhsulun qablaşdırılmasına qədər bütün mərhələləri ilə tanış oldular. Onlar həmçinin, zavodun XVIII əsrin ortalarında əsası qoyulmuş və Qafqazda analoqu olmayan ümumi sahəsi 6000 kv.m. olan qədim şərab zirzəmisində də gəzdilər.  

 

Ekskursiyanın sonunda qonaqlar geniş çeşiddə şərab, araq və konyak məhsullarını dequstasiya etmiş, məhsullar və onların tərkibi barədə peşəkar mütəxəsisslər tərəfindən ətraflı məlumatlar əldə etmişdirlər.


Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.






















Ən son xəbərlər
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page