top of page
Search

Göygöl Şərab Zavodu Avtolüks Azərbaycanın tədbirində iştirak edib.

  • Writer: Ilkin Quliyev
    Ilkin Quliyev
  • Mar 1, 2024
  • 1 min read

17-18 Fevral tarixlərində “Avtolüks Azərbaycan” və “Azərbaycan Avtomobil Federasiyası”-nın birgə təşkilatçılığı ilə “Range Rover” markalı avtomobil sahibləri üçün ölkəmizin gözəl güşələrindən biri olan Qusar rayonunda – “Pik Palace” otelində tədbir keçirilmişdir.


Göygöl Şərab Zavodu da bu təbdirdə rəsmi tərəfdaş kimi iştirak edərək yüksək keyfiyyətli təbii tərkibə malik “KARABAKH” şərablarını, “Xan X.O.” konyakını, eləcə də “Xan 1860” araq məhsullarını təqdim etmişdir. Qonaqlara geniş çeşidli olan “KARABAKH” şərablarının zəngin dadından həzz almaq imkanı yaradılmış, həmçinin onların istehsal prosesi, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri haqqında ətraflı məlumat təqdim edilmişdir.


Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi adı altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.








 
 
Ən son xəbərlər
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page