top of page

Azərbaycanın   ilk şərabçılıq müəssisəsi

Cənubi Qafqazın ən qədim şərabçılıq təsərrüfatlarından biri - 160 illik tarixə malik Göygöl Şərab Zavodu

Foto1.jpg

Göygöl Şərab Zavodunun Azərbaycanda qurulan ilk
şərabçılıq müəssisə olduğunu bilirdinizmi?

160 illik tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər  istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan Göygöl Şərab Zavodunun təməli 1860-ci ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur. Almanlar bu əraziyə koçdükləri vaxt həmin ərazi Oğuz tayfası yaşayan Xanık kəndi adlandırılırdı. 1862-ci ildə "Forer Qardaşları" səhmdar cəmiyyəti təsis olunmuşdur. Bu cəmiyyətə X. Forer və onun oğulları Qotlob, Fridrix, Henrix və Xristofor rəhbərlik etmişdirlər. Elə həmin vaxt "Qummel Qardaşları Ticarət Evi" səhmdar cəmiyyəti yaradılmış, buna da X.Qummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik etmişdirlər. Hər iki cəmiyyətın İdarə Heyəti Yelenendorfda yerləşdirilmiş, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, St. Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərmişdir. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış «Konkordiya» kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.

517 hektar
üzüm sahəsi

Göygöl Şərab emalı müəssəsində

13 növ üzüm becərilir

​"Göygöl Şərab Zavodu" ASC-nin 2006-2008-ci illərdə əkilmiş, yüksək keyfiyyətli yerli və Avropa üzüm növlərinin becərildiyi 517 hektar üzüm sahəsi var. Əkilmiş üzüm tingləri yerli şəraitə uyğunlaşdırılmış, Avropanın tanınmış şirkətləri olan Fransanın «GONTARD FRERESEPINIERES VITICLES» və İtaliyanın «VIVAI MARCYI» şirkətlərindən alınmışdır. Hazırda zavodun Göygöl va Samux bölgələrində yerləşən üzümlüklərində qırmızı şərablar üçün Pinot Noir, Cabernet Sauvignon, Merlot, Syrah, Saperavi, Grenache, Mədrəsə, ağ şərablar üçün isə Sauvignon Blanc, Chardonnay, Rkatsiteli, Muscat, Bayanşirə, Uniblanc üzüm sortları yetişdirilir. Yaxın gələcəkdə üzüm bağlarının sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulur.

Suvarma

Üzümlüklər mənbəyini Kiçik Qafqaz dağlarının buzlaqlarından götürən çaylar vasitəsilə suvarılır

Üzümün məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq olunan ən yaxşı üsullardan biri suvarmadır. Suvarmanın  yaxşı nəticə verməsi üçün, o, üzümün sortuna və məhsulun tələb olunan kondisiyasına uyğun norma və müddətdə aparılır. Suvarma ilə əlaqədar, tətbiq edilən aqrotexniki tədbir və üsullar, təbii şərait, bitkilərin fizioloji vəziyyəti də nəzərə alınınır. Suvarmanın tətbiqi yalnız üzümün məhsuldarlığını yüksəltmək üçün deyil, onun xammal keyfiyyətini yaxşılaşdırmaq üçün də lazımdır.

Peşəkar şərabçı

Yaxşı  kadr heyəti - müvəffəqiyyətin açarıdır

Məşhur Lui Paster (1822-1895-ci illər) deyir ki, «şəraba tam haqla cana faydalı içki kimi baxmaq olar». Amerikalı professor M.Emerinin fikrincə isə «şərab — kimyəvi bir simfoniyadır». 
Zavodda  yüksək ixtisaslı yerli və xarici mütəxəssislər çalışır, məhsullarının keyfiyyətini beynəlxalq standartlara çatdırmaq üçün İtaliyadan dəvət olunmuş aparıcı şərab enologist, müxtəlif ölkələrdə beynəlxalq təcrübə toplamış şərabçılar ilə sıx əməkdaşlıq edilir. Şirkətinin mütəxəssisləri mütəmadi qaydada üzüm plantasiyalarında olur, sahələrdə monitorinqlər keçirir, torpaqdan analiz götürür və inkişaf prosesi barədə məsləhətlər verirlər.
Bütün şöbələrin rəhbərləri və mütəxəssisləri beynəlxalq sərgilərdə və forumlarda bacarıqlarını artırır, xarici şirkətlərlə təcrübə mübadiləsi aparır, yeni texnologiyaların inkişaf etdirilməsini və tətbiqini həyata keçirir
 

Üzüm yığımı

Üzüm bağlarımızda yalnız əl ilə yığılır, xüsusi diqqətlə toplanaraq, çeşidlənir və istehsal üçün ən yaxşıları seçilir 

Şərabçılıqda ilk addım, əlbəttə ki, məhsul yığımıdır. Üzüm Kiçik Qafqaz dağlarının ətəyində dəniz seviyyəsindən 600 m yüksəklikdə yerləşən ovalıqda yığılır. Keyfiyyətli şərab əldə etmək üçün yığım optimal müddətdə, yəni gilənin kimyəvi tərkibi tamamilə texnoloji tələbata uyğun gəldikdə aparılır. Məhsulun belə vəziyyəti texniki yetişkənlik adlanır. Üzümün yığım vaxtını düzgün müəyyən etmək üçün onun yetişməsi üzərində sistemli nəzarət aparılır. Yetişmənin əsas göstəriciləri gilənin şəkərliyi və titrləşən turşuluğudur. Keyfiyyət göstəricilərinin daha yaxşı olması üçün üzüm yığımı zamanı əl əməyindən istifadə edirik.

Üzüm
yetişdirilməsi

517 hektar bol günəşli və münbit torpağa malik olan bağ sahələrimizdə yetişdirilən üzümlərimiz

Latınlara Vinum (şərab) sözü xaldeylərin dilindən keçmişdir. Mənası «qaynamaq», ya da şərab, şirənin acıması nəticəsində alınmış içki deməkdir. Şərabın tərkibində 45-dən çox kimyəvi maddə vardır. Şərablarımızın yetişdirilməsinin ən böyük rolu bizim 517 hektar üzüm bağlarımızda yetişən 15-dən çox müxtəlif ölkələrdən gətirilmiş üzüm növləri tutur. Yetişmə zamanı üzümün texnoloji xassələrinin formalaşması bir neçə mərhələdə olur. Yetişmənin başlanğıc mərhələsində salxım və gilənin böyüməsi yavaş gedir, daha sonra böyümə dayanır və salxımın saplağı oduncaqlaşmağa başlayır. Yetişmənin başlanması aşağıdakı xarici əlamətlərlə xarakterizə olunur: gilə yumşalır, sorta məxsus rəng alır, qabıq daha zərif və şəffaf olur. Ona görə də sortun düzgün seçilməsi, həmin sortun becərildiyi torpaq-iqlim şəraitini və başqa xarici şərtləri hərtərəfli nəzərə alınaraq, mükəmməl şərab hazırlamağa çalışırıq. 

İtaliyadan
gətirilmiş
avadanlıqlar

Qabaqcıl texnologiyaların tətbiqi ilə yanaşı klassik şərabçılıq ənənələrinin qorunmasını vacib sayırıq

Hazırda şirkət özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir şərabçılıq müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuş, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır.

Şərabın
saxlanılması

Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və çənlərdə saxlanılır

Zavodda bir texnoloji qurğu kimi, Qafqazda analoqu olmayan, 19-cг əsrin ortalarında tikilmiş, dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi isə 6000 kvadrat metr olan şərab zirzəmisi fəaliyyət göstərir. Şərablar müəyyən olunmuş normalara riayət edilməklə palıd çəlləklərdə saxlanır ki, bu da ona əlavə ətir və nəfis dad verir. Müəssisənin anbarıda minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Zavodun madera şərablarını, yüksək keyfiyyətli portveyn və kaqor şərablarını saxlamaq üçün nəzərdə tutulmuş palıd çəlləklərin ümumi tutumu 1 000 000 dekalitrdir.
Zavodun ərazisində ən qabaqcıl şirkətlərindən alınmış ümumi həcmi eyni vaxtda 1 200 000 dekalitr olan içərisi şüşə emallı paslanmaz polad çənlər . 

bottom of page