top of page

Vodka İstehsalı

Böyük istehsal gücünə malik olan müəssisəmizdə vodka istehsalının bütün mərhələləri üçün subemal müəssisələri yaradılmışdır. Müəssisəmizdə yüksək keyfiyyətli spirtin istehsalı, spirt hazırlanması üçün buğda qəbul məntəqələri, vodka hazırlanması məntəqələri, suyun toplanması, onun filtrasiyadan keçirilməsi, vodkanın hazırlanması, vodkanın qablaşdırılması, karton qutu istehsalı kimi məntəqələr və anbarlar fəaliyyət göstərir.

Arağın hazırlanması məntəqəsində - yeyinti xammalından alınmış rektifikasiya olunmuş “Lüks” etil spirti ilkin olaraq xüsusi qarışdırıcısı olan qurğuya daxil edilir, üzərinə codluğu 0.2 mq/dm³ qədər olan yumşaldılmış su əlavə edilərək qarışdırılır (spirtin və suyun miqdarı vodkanın resepturada göstərilən müvafiq tündlüyünə görə hesablanır). Alınmış su-spirt qarışığının emalı dinamik şəraitdə təsiredici maddəsi aktiv ağac kömürü olan filtr batareyalarında həyata keçirilir. Filtr batareyaları forfiltrlərdən, kömür kolonkalarından və qum filtrlərindən ibarətdir.

Vodkanın süzülməsi və qablaşdırılması məntəqəsində - hər birinin istehsal gücü saatda 6000 ədəd 0.5 litr həcmli butulka olan iki axın xətti fəaliyyət göstərir. 

Müasir 

avadanlıqlar

Keyfiyyətli məhsul istehsalı uğurlu inkşafın təminatıdır

İstehsalın modernləşdirilməsi ilə əlaqədar olaraq şərab zavodunun sexlərində istehsal vasitələri və texnoloji avadanlıqlar tamamilə yenilənmişdir. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış
"TECNOFOOD GROUP" SRL şirkəti ilə müqavilələr bağlanmışdır.

Keyfiyyətə
nəzarət

Keyfiyyətli məhsul istehsalı uğurlu inkşafın təminatıdır

Zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. Araq istehsalında klassifikasiyasından aslı olmayaraq vodkanın hazırlanması, onun fiziki-kimyəvi tərkibi, orqonoleptik təhlili, keyfiyyəti QOST-un standartının tələblərinə uyğun olaraq həyata keçirilir və bütün proseslərə mütəxəssislərimiz tərəfindən laboratoriyalarda nəzarət olunur. Laboratoriyada müvafiq QOST-un tələblərinə uyğun olaraq məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin təyini üzrə analizlər aparılır.
Şirkət davamlı olaraq öz məhsullarının keyfiyyətinin qoruyub saxlanması və artırılmasına xüsusi diqqət yetirir.

Peşəkar
mütəxəssislər

Mütəxəssislərimiz tərəfindən
istehsalatın müxtəlif mərhələlərinə ciddi şəkildə nəzarət edilir

Zavodda  bütün məhsullar yüksək ixtisaslı yerli və xarici mütəxəssislərin  rəhbərliyi ilə istehsal olunur və yoxlanılır, həmçinin buğdanın qəbulu, spirtin rektifikasiyası, spirtin saxlanılması, su və spirt məhlulunun qarışdırılması, vodkanın süzülməsi və qablaşdırılması prosesi kimi hər mərhələdə istehsala nəzarəti həyata keçirilir. Öz sahələrinin ən peşəkar mütəxəssislərinin cəmləşdiyi bir komanda müəssisənin əsəs iş prinsiplərini təcəssüm etdirərək - ən yüksək standartlara və tələblərə cavab verən təbii məhsulun istehsalını heyata keçirməkdir.

Yeni
məhsullarımız

Əsas məqsəd –  Azərbaycan süfrəsinin yeni yüksək keyfiyyətli vodka çeşidləri ilə təmin olunmasıdır

Şirkətimizin qarşısında duran missiya, yeni məhsullarının becərilməsi və bazara çıxarılması ilə yanaşı, məhsullarımızın keyfiyyətini daima yüksəltmək və Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəmizi verməkdir. Müasir texnologiyaların tətbiqinə əsaslanan zavodun fəaliyyətində əsas məqsəd tünd içki sektorun da olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır. 
bottom of page